Mədənin boylama əməliyyatı

Mədənin boylama əməliyyatı mədənin boruvari rezeksiyası (Sleeve Gastrectomy) da adlandırılan mədə kiçiltmə əməliyyatıdır.

Mədənin boylama əməliyyatı

Mədənin boylama əməliyyatı mədənin boruvari rezeksiyası (Sleeve Gastrectomy) da adlandırılan mədə kiçiltmə əməliyyatıdır. Son dövrdə artıq çəki əməliyyatlarında ən çox istifadə edilən mədənin boylama əməliyyatı zamanı qarın boşluğu divarından 0,5 sm kəsiklər açılır. Beləliklə mədənin 80%-i çıxarılır. Qalan 20%-lik hissə isə boru formasında olduğu üçün əməliyyat mədənin boruvari rezeksiyası adlandırılır. Bu eyni zamanda laparoskopik cərrahi üsul da hesab edilir.

Mədənin boylama əməliyyatı necə aparılır?

Laparoskopik üsulla aparılam əməliyyat qapalı üsul sayılır. Açıq əməliyyatlarda olduğu kimi 10 sm-lik kəsiklər edilmir, qarın boşluğu hissəsində 0,5 sm-lik bir neçə kəsiklə mədənin müəyyən hissəsi çıxarılır. Yüksək görüntü qabiliyyətli kamera qarın boşluğu nahiyəsinə salınır və əməliyyat prosesinə monitorlar vasitəsilə nəzarət edilir. Bu çox rahat aparılan əməliyyat eyni zamanda ağrısız və tez həyata keçirilir.

Əməliyyat ümumi anesteziya ilə baş tutur. Əməliyyatdan sonra tikiş xəttində qanaxmanın olun-olmamasına nəzarət etmək olduqca vacibdir. Yoxlamalarından sonra əməliyyat zamanı yerləşdirilən borular çıxarılıq və artıq qanın aradan qaldırılması üçün drenaj sistemi yerləşdirilir.

Mədənin boylama əməliyyatının üstünlükləri

Mədənin boylama əməliyyatı müxtəlif üstünlüklərə sahibdir. Ümumilikdə haqqında danışdığımız üstünlüklər aşağıdakılardır:

  • Əməliyyatdan sonra mədənin həcmi kiçilmiş olur. Buna görə də əməliyyat keçirmiş insanıar daha az qida ilə doyur, bu da arıqlama prosesini sürətləndirir. Lakin əməliyyatdan sonra daimi qida məhdudiyyətləri olmur.
  • Aclıq hormonu kimi bilinən qrelin hormonu mədənin çıxarılmış hissəsində olur. Bu da yemək istəyinin azalmasına səbəb olur.
  • Bağırsağa heç bir müdaxilə edilmir. Beləliklə də bağırsaqda qəbizlik, sidikqaçırma və qanaxma kimi problemlər baş vermir.
  • Əməliyyatdan sonra xəstə tez bir zamanda evə buraxılır.
  • Bədənə heç bir kənar maddə yerləşdirilmir.
  • Mədənin sovrulmasına heç bir müdaxilə edilmir. Ona görə də mineral və vitamin çatışmazlığı daha az olur.

Mədənin boylama əməliyyatından sonra

Əməliyyatdan sonrakı dövr son dərəcə rahat keçir, çünki qapalı aparılan əməliyyatdır. Kiçik kəsiklər olduğu üçün xəstənin bədənin də çox az ağrılar olur. Bu da daha sürətli sağalmağa kömək edir. Xəstələrdə 1, 3, 6 və 12 aylıq müddətlərdə yoxlama aparılır. Birinci ay ortalama 20 kq çəki atan şəxs 1 ilin tamamında artıq çəkisinin 80%-dən çoxundan azad olur.