Nefrektomiya böyrəyin tamamilə və ya bir hissəsinin çıxarıldığı cərrahi müdaxilədir.
Nefrektomiya
Nefrektomiya böyrəyin tamamilə və ya bir hissəsinin çıxarıldığı cərrahi müdaxilədir. Nefrektomiya 3 formada həyata keçirilir. Bunlar aşağıdakılardır:
Böyrəyin bir hissəsinin çıxarılması (hissəvi nefrektomiya)
Böyrəyin tamamilə çıxarılması (sadə nefrektomiya)
Böyrəyin tamamilə, böyrəkətrafı piy toxuması və böyrəküstü vəzin, eləcə də limfa düyünlərinin çıxarılması (radikal nefrektomiya)
Ümumi anesteziya ilə edilən və təxmini 3 və daha çox saat davam edən bir əməliyyatdır.
Nefrektomiya hansı səbəblərdən edilir?
Nefrektomiya əməliyyatının həyata keçirilməsi üçün fərqli səbəblər var. Adətən bunlar aşağıdakılardır:
Hipernefroma kimi böyrək şişləri olduğu halda
Böyrək, hidronefroz kimi xoşxassəli xəstəliklərdən ciddi şəkildə təsirləndiyi halda
Böyrək infeksiya, daş və ya digər səbəblərdən zədələndiyi halda
Böyrəkdə ciddi zədələnmələrə səbəb olan travma halında
Bir böyrək donor kimi transplantasiya olunduğu halda
Anadangəlmə qüsurlar halında
Bu əməliyyat yaxşı bir qaynağı olmayan insanlarda yüksək qan təzyiqinə nəzarət etmək üçün həyata keçirilir.
Nefrektomiya necə həyata keçirilir?
Nefrektomiya növündən asılı olaraq fərqli üsullarla tətbiq edilir. Nefrektomiyanın həyata keçirilməsi ilə əlaqəli aşağıdakıları bilməyiniz labüddür.
Sadə nefrektomiya: Xəstə yanakı yatırılır. Həkim qabırğaların üst hissəsindən 30 sm uzunluğunda bir kəsik edilir. Kəsik əzələ, qağ və toxumanı yarır. Bir qabırğanın çıxarılmasına ehtiyac duyula bilər. Cərrah daha sonra sidiyi böyrəkdən sidik kisəsinə (ureter) və qan damarlarına aparan damarı kəsir və böyrəyi çıxarır.
Radikal nefrektomiya: Cərrah qarnın ön hissəsində qabırğaların altında 20-30 sm-lik kəsik edir. Bu proses yan tərəfdən də edilə bilər. Eyni şəkildə əzələ, yağ və toxuma yarılır. Ureter və qan damarları da böyrəyi çıxarmaq üçün kəsilir. Yağlara əlavə olaraq bəzən üst vəzin və bəzi limfa vəzlərinin də alınması tələb oluna bilər.
Lapraskopik böyrək əməliyyatı: Cərrah əməliyyatı həyata keçirmək üçün kiçik probalar və bir kameradan istifadə edərək qarın boşluğu və yanlarda 3-4 balaca kəsik edilir. Cərrah böyrəyi çıxarmaq üçün kəsiklərdən birini 10 sm-ə qədər böyüdə bilər. Bununla yanaşı ureteri kəsə, böyrəyin ətrafına bir torba yerləşdirəcək və daha böyük yarıqdan çıxarılır. Açıq nefrektomiya ilə müqayisədə daha uzu davam edən, lakin daha az ağrılı və rahat sağalma təmin edən bir əməliyyatdır.
Shopping Basket
Please fill out the contact form so that we can contact you.