Qalxanabənzər vəzin funksionallığının yoxlanılması

Tiroid hormonu orqanizmin ən vacib hormonlarından biridir. Qalxanabənzər vəzin funksionallığının yoxlanılması qalxanabənzər vəzi hormonlarının normada olub-olmadığının müəyyən edilməsi üçün aparılır.

Qalxanabənzər vəzin funksionallığının yoxlanılması

Qalxanabənzər vəzin funksionallığının yoxlanılması üçün bir sıra qan analizləri edilir. Plazma TSH, sərbəst T4 və ümumi T3 analizləri edilməlidir. Normal TSH göstəriciləri 0,37 ilə 4,7 mIU/L arasındadır və bunlar laboratoriyaya görə dəyişə bilər. Plazma T4 göstəriciləri 60 ilə 150 nmol/L arasındadır və T3 göstəriciləri 1,2 ilə 2,7 nmol/L arasındadır.

Qalxanabənzər vəzindəki bəzi dəyişikliklər Xaşimoto xəstəliyindən yaranır. Bu hallarda, anti-tiroqlobulin, anti-tiroid peroksidaz və ya anti-TSH anticisimləri kimi bəzi göstəricilərin yoxlanılması zəruridir.

Qalxanabənzər vəzin funksionallığı hansı hallarda yoxlanılır?

Qalxanabənzər vəzi hormonları orqanizmdə maddələr mübadiləsinin normada olması üçün vacibdir. Karbohidratların, lipidlərin, proteinlərin mübadiləsinə müdaxilə edə bilər və ürək kimi əhəmiyyətli orqanlara təsir edər.

Qalxanabənzər vəzin funksionallığına hipofiz vəzi tərəfindən nəzarət edilir. Kəllə boşluğunda yerləşən bu vəz tiroid stimullaşdırıcı hormon olan tirotropin və ya TSH adlandırılan hormon ifraz edir.

TSH, T4 və T3 hormonlarının göstəricilərinin dəyişikliklərinə qarşı çox həssasdır. Sərbəts T4 göstəricisinin az səviyyədə artması TSH göstəricisinin yüksək səviyyədə aşağı düşməyinə səbəb olar və tərsinə.

Bu analizlər aşağıdakı xəstəliklərin müayinəsində edilir.

  • Zob
  • Hipertiroidizm
  • Hipotiroidizm
  • Tiroid düyünü

Qalxanabənzər vəzi hormonları necə yoxlanılır?

Qalxanabənzər vəzi hormonları analizləri çox sadə bir formada edilir. Fərqli tibb müəssisələrində həkimin tələbi ilə qan analizi ilə müəyyən edilir. Xəstədən götürülmüş qan ilə TSH, TS4 və TS3 göstəriciləri müəyyən edilə bilər. Bu analizlər səhər saatlarında və ac qarnına edilməlidir.

Bu analizlər xəstənin qanında TSH miqdarını müəyyən edir. Xüsusilə də zob və qalxanabənzər vəzin funksionallığının pozulması şübhəsi olan xəstələrdə edilməlidir. Bununla yanaşı xəstəyə edilən rutin analizlər və müayinələrdə də TSH, TS3 və TS4 göstəriciləri də yoxlanılır. Xüsusilə də hamiləlik dövründə arta/azala bilən bu göstəricilərin nəzarət altında saxlanılması çox vacibdir. Orqanizmin bütün funksionallığına təsir edən qalxanabənzər vəzi hormonları ilə bağlı analizlər vaxtaşırı həyata keçirilməlidir.