Duodenal Switch

Duodenal switch əməliyyatı eyni zamanda bilio-pankreatik duodenal switch olaraq da adlandırılır. Uzun illərdir tətbi edilən üsul olan duodenal switch təhlükəsiz bir əməliyyat olaraq bilinir.

Duodenal Switch

Duodenal switch əməliyyatı eyni zamanda bilio-pankreatik duodenal switch olaraq da adlandırılır. Uzun illərdir tətbi edilən üsul olan duodenal switch təhlükəsiz bir əməliyyat olaraq bilinir.

Qastrik bypass kimi xüsusiyyətlərə malik olan bu əməliyyat həm məhdudlaşdırıcı, həm də sovrulmanın azalmasını təmin edən fərqli təsirlərə sahibdir. Loop duodenal switch əməliyyatı çəki azalmasını təmin edərək şəkərli diabet kimi metabolik problemlərin də həll olmasına səbəb olur.

Duodenal switch necə tətbiq edilir?

Bu əməliyyatın ilk mərhələsə mədə boylama əməliyyatında olduğu kimi mədənin təqribi 85%-lik bir hissəsinin çıxarılmasını ehtiva edir. Beləliklə nədə nazik bir boru formasında qalır. Qalan hissə ilə qidaların məhdud bir şəkildə orqanizmə daxil olması təmin edilir.

İkinci mərhələdə mədənin aşağı hissəsində pylor adlı əzələ təbəqəsində yerləşən 12 barmaq bağırsaq kəsilir. Mədə və bağırsaqların birləşdirilməsindən sonra ümumilikdə 250 sm-lik nazik bağırsaq qalır. Yəni qidaların həzm olmasına səbəb olan bağırsaqların uzunluğu 250 sm-ə qədər azaldılır. Bu da yağ və kalorilərin sovrulmasını təmin edir.

Əməliyyatdan sonra

Qida qəbulunu kəskin bir şəkildə azaldan bu əməliyyat piylənmə cərrahiyyəsində ən çox üstünlük verilən üsullardan biridir. Yüksək dərəcədə arıqlama təmin edən bu əməliyyat xəstələrin 9 ay kimi qısa bir müddətdə artıq çəkilərin 80-90%-dən azad olmağa kömək edir. Bununla yanaşı əməliyyatın təsiri ilə 2-ci dərəcəli şəkərli diabetin də aradan qaldırılması ehtimalı yaranır.

Piylənmə ilə yaranan yuxu apnesi, yüksək təzyiq, yüksək xolesterol kimi metabolik xəstəliklərdən də azad olmaq mümkündür. Əməliyyatın ən əsas yan təsiri isə tez-tez və pis qoxulu ishalın baş verməsidir. Bunun səbəbi isə bağırsaqların bu müddətdə uyğunlaşmağa çalışmaqlarından qaynaqlanır.

Əməliyyat hər kəs üçün uyğundurmu?

Hazırda bir çox insan artıq çəkidən azad olmaq üçün fərqli üsullardan istifadə edir. Bunlar arasında müxtəlif piylənmə əməliyyatları da yer alır. Bədən kütlə indeksi 50-dən çox olan və nəzarət edilməyən şəkərli diabeti olan şəxslər əməliyyatdan faydalana bilərlər. Lakin crohn xəstəliyi, viramin və mineral çatışmazlığı, kortizon istifadəçiləri, irritabl bağırsaq sindromu olan insanlar üçün bu əməliyyat uyğun olmaya bilər.