Mədə bypass əməliyyatı

Lapraskopik qastik bypass olaraq da tanınan bu üsul tez-tez tətbiq edilən piylənmə cərrahiy əməliyyatıdır. Qastrik bypass ilə uğurlu piylənmə müalicəsi aparmaq mümkündür.

Mədə bypass əməliyyatı

Lapraskopik qastik bypass olaraq da tanınan bu üsul tez-tez tətbiq edilən piylənmə cərrahiy əməliyyatıdır. Qastrik bypass ilə uğurlu piylənmə müalicəsi aparmaq mümkündür. Bu əməliyyatla mədə kiçildilir, qidalar isə nazik bağırsaqdan həzm olunur. Bu da yolun qısalmasına səbəb olur.

Mədənin başında olan hissə 30-50 cc olaraq saxlanılır, böyük bir hissəsi isə alınır. Bunula yanaşı nazik bağırsaqların bir hissəsi də mədəyə bağlanılır. Beləliklə xəstələrin çox balaca porsiyalarla doymaqları mümkün olur. Əlavə olaraq yüksək kalorili qidaların istifadəsi qadağan edilir.

Mədə bypass əməliyyatı necə aparılır?

Qastrik bypass lapraskopik üsulla həyata keçirilir. Son zamanlarda robotik cərrahiyyəyə də üstünlük verilir. 1sm böyüklüyündə 4-6 kəsik edilir. Mədə boylama əməliyyatı ilə oxşar olan mədə bypass əməliyyatı da mədənin kiçildilməsini təmin edir. Bu əməliyyatla mədənin təqribi 95%-i şuntlanır.

Peşəkar cərrah tərəfindən iki hissəyə bölünən mədənin bir hissəsinin 12 barmaq bağırsağının şuntlanması təmin edilir. Bədəndən çıxarılmır. Bu da bağırsaqların funksiyasını yerinə yetirməyə davam etməyə imkan verir. Beləliklə qəbul olunan qidalar 12 barmaq bağırsaqdan keçmir. Əməliyyat sayəsində daha az qida ilə doyulur və qəbul etdiyi qidanın bir hissəsin sovrulur.

Qastrik bypass əməliyyatından sonra

Xəstələr əməliyyatdan sonra 5-6 gün nəzarətdə qalmalıdırlar. Evə buraxıldıqdan sonra diyetoloq tərəfindən nəzarət davam etdirilir. Beləliklə bir qidalanma planı tərtib edilir. Əməliyyatdan sonra iki il müddətində piylənmə cərrahiyyəsindən əlavə olaraq psixiatr, endokrinoloq və diyetoloq tərəfindən də nəzarət edilir.

Qastrik bypass əməliyyatının növləri hansılardır?

Qastrik bypass növləri ümumi olaraq aşağıdakılardır:

Roux en Y Gastrik By-Pass: əməliyyatda mədə 23-30 cc ölçüdə qalacaq qədər iki hissəyə bölünür. Balaca hissə bədəndə qalır, böyük hissə isə çıxarılır.

Mini Gastrik By-Pass: bu əməliyyatda xüsusi skalpellərdən istifadə edilməklə boru forması təmin edilir. Daha sonra isə nazik bağırsaq 200 cm məsafədən formalaşdırılaraq mədə ilə əlaqəsi yaradılır.