Radioizotop müalicəsi nədir?

Radioizotop müalicəsi xərçəng hüceyrələrini öldürmək üçün radioizotoplardan istifadə edən bir müalicədir. Şüa müalicəsinin bir başqa növü olan radioizotop müalicəsin son illərdə böyük maraq görür.

Radioizotop müalicəsi nədir?

Radioizotop müalicəsi xərçəng hüceyrələrini öldürmək üçün radioizotoplardan istifadə edən bir müalicədir. Şüa müalicəsinin bir başqa növü olan radioizotop müalicəsin son illərdə böyük maraq görür. Radioizotop müalicəsi tiroid xərçəngi, öd kisəsi xərçəngi, qaraciyər xərçəngi, sümük metastazı və neyroblastoma daxil olmaqla bir neçə fərqli xərçəng növünü müalicə etmək üçün istifadə edilir. Hansı xərçəng növünün mövcud olduğundan asılı olaraq fərqli radioaktiv izotoplardan istifadə edilir. Məsələn, tiroid xərçənginin müalicə üçün I-131 şüa müalicəsi tətbiq edilsə də, prostat xərçənginin müalicəsində radium Ra 223 dixlorid tətbiq edilir. Radioizotop müalicəsin digər xərçən müalicə üsulları ilə birlikdə aparıla bilər.

Radioizotop müalicəsi cərrahi prosedur deyil. Şüa bir maye vasitəsilə iki yoldan biri ilə tətbiq edilir. Bunlar ağız yolu ilə (maye və ya kapsul ilə) və ya damardaxili inyeksiyadır. Tiroid xərçəngi, qeyri-hodgkin limfa, prostat xərçəngi və osteoblastik metastatik sümük patologiyası da daxil olmaqla bir çox fərqli xərçəng növünün müalicəsi üçün radioizotop müalicəsi tətbiq edilir.

Radioizotop müalicəsi necə tətbiq edilir?

Radioaktiv preparatlar radioizotop və dərmana bağlı olduğuna görə, radioizotop müəyyən bir toxuma və ya bədənin bir hissəsinə yönəldilə bilər. Radioizotop pozulmağa başladığı zaman hədəflənən toxuma və ya şişə təsir edər. Çünki xərçəng hüceyrələri radioziotopu xərçəng olmayan hüceyrələrdən daha tez çəkər. Daha yüksək şüa dozası xərçəng hüceyrələrini mğhv edir. Tətbiq edilən radioaktiv maddələrin miqdarı xüsusi törəmələrə, şişlərə görə diqqətlə təyin olunar.

Radioizotop müalicəsindən sonra nə baş verir?

Müalicədən sonra evdəki digər insanları da şüaya məruz qoymamaq üçün xüsusi təlimatlara riayət etmək lazımdır. Bədənin sidik, bağırsaq, tüpürcək və tər vasitəsilə az miqdaqda şüa yayar. Nəticə etibarilə xəstələrin başqalarını şüanın təsirinə məruz qoymaması üçün müəyyən tədbirlər görülməlidir. Beləliklə aşağıda qeyd olunanlara diqqət etmək zəruridir.

  • Stəkanları, qida məhsullarını, dəsmalları və yataq otaqlarının bölüşməyin.
  • Yataq dəstləri, dəsmallar və geyimləri bir neçə gün ayrı yuyun.
  • Bir həftə müddətində kənar şəxslərlər fiziki təmasdan qaçının.
  • Kənar şəxslərlə aranızda 3 metrlik məsafə qoruyun.
  • Bir həftə müddətində azyaşlı uşaqlarla təmasdan qaçının.
  • Müalicədən sonra ən azı bir həftə müddətində hamilələrlə fiziki təmasdan qaçının.