Pectus Excavatum insanlar arasında “çəkməci döşü” kimi adlandırılan bir döş qəfəsi deformasiyasıdır. Doş qəfəsindəki deformasiyadan ibarət bu xəstəlik sternum adlandırılan və döş sümüyü ilə qabırğa arasında olan qığırdağın batıq formada olmasından ibarətdir. Yetkin insanlarda, eləcə də körpələrdə müşahidə oluna biləcək bu xəstəliyin əlamətlərini yaxşı qiymətləndirmək lazımdır.