Qastroskopiya

Qastroskopiya mədənin müayinə edilməsi üsuludur. Endoskopik bir üsul olan qastroskopiya işıq və kamera sisteminin olduğu nazik və uzun bir borunun mədəyə salınmağı ilə aparılır.

Qastroskopiya

Qastroskopiya mədənin müayinə edilməsi üsuludur. Endoskopik bir üsul olan qastroskopiya işıq və kamera sisteminin olduğu nazik və uzun bir borunun mədəyə salınmağı ilə aparılır. Ağız yolu ilə qida borusu, nazik bağırsaq və mədənin müayinə edildiyi bu üsul tez-tez müraciət edilən endoskopik prosedurdur.

Məqsəd daxili orqanların təfərrüatlı bir şəkildə müayinə edilməyi və görüntülənməsidir. Şübhələnilən hər hansı bir nahiyədən biyopsiya götürülür. Polip adlandırılan bəzi törəmələr yarana bilər. Belə halda həmin hissələr kəsilib çıxarılır. Qanaxmaya müdaxilə edilə bilər, mədəyə stend qoyula bilər və yaranan daralmalar genişləndirilə bilər. Yəni bu üsulun həm müayinə, həm də müalicə məqsədli istifadəsi mümkündür. Qastroskopiyadan əvvəl ən azı 6 saat qida qəbul etmək olmaz.

Qastroskopiya hansı hallarda aparılır?

Ağrılı udma, udqunma çətinliyi, qarın ağrısı, udqunma zamanı keçiricilik problemi, həddindən artı gəyirmə, səbəbsiz çəki azalması, qusma, ürəkbulanma, qanaxma şübhəsi, dəmir çatışmazlığı, ağız qoxusu, B12 vitamini çatışmazlığı kimi şikayətlər halında bu prosedura müraciət edilir. Bu prosedur ümumi anesteziya ilə xəstə yatızdırılaraq aparılır. Bu həm həkimin işini asanlaşdırır, həm də xəstənin rahatlığını təmin edir. Əks-təqdirdə fərqli narahatlıqlar yarana bilər.

Qastroskopiya prosedurasında nələrə diqqət edilməlidir?

Qastroskopiyadan əvvəl xəstə 6-8 saat müddətində ac qalmalıdır. Su daxil olmaqla heç bir qida qəbul edilməməlidir. Aspirin kimi qandurulaşdıran preparatlar qəbul edən şəxslər əvvəlcədən bu barədə həkimə məlumat verməli və zəruri hallarda dərman qəbulunu dayandırmalıdırlar.

Prosedur zamanı anesteziya səbəbindən xəstə yüngül yuxuda olur. Prosedurdan sonra xəstə 12 saat müddətində sükan arxasına keçməməlidir. Prosedurun aparılacağı gün xəstəyə bir nəfərin qulluq etməsi mütləqdir. Xəstələr xəstəxanadan çıxdıqdan sonra 12 saat müddətində istirahət etməlidirlər. Fiziki aktivlik tələb edən bütün işlərdən də uzaq durmaq lazımdır. Qastroskopiya prosedurundan sonra xəstələrin boğazında bir neçə gün ağrılar ola bilər. Bu tip ağrılar olarsa həkimdən ağrıkəsici tələb edə bilərsiniz.