Kolonoskopiya

Kolonoskopiya düz bağırsağın və qalın bağırsağın müayinə olunduğu endoskopik bir prosedurdur. Kolonoskopiya zamanı qalın bağırsaqda yaranmış poliplərin çıxarılmağı mümkündür.

Kolonoskopiya

Kolonoskopiya düz bağırsağın və qalın bağırsağın müayinə olunduğu endoskopik bir prosedurdur. Kolonoskopiya zamanı qalın bağırsaqda yaranmış poliplərin çıxarılmağı mümkündür. Həmçinin laboratoriyada müayinə edilməsi üçün toxuma götürülür. Rektal yoldan daxil olaraq həyata keçirilən prosedur müayinə və müalicə üçün tətbiq edilir. Bağırsaq ucundakı işıq və kamera ilə daxilə salınan alətlə müayinə edilir.

Kolonoskopiyaya hansı xəstəliklərdə üstünlük verilir?

Kolonoskopiyanın tətbiq səbəbləri aşağıdakılardır.

  • Diaqnostika məqsədilə keçməyən qarın ağrısı, rektal qanaxma, xroniki qəbizlik, qansızlırq, dəmir çatışmazlığı, xroniki ishal və səbəbsiz arıqlamaya görə kolonoskopiya tətbi edilir.
  • Bağırsaq xərçəngi şübhəsi olduğu halda tətbiq edilir. Hər hansı şikayət olmadığı təqdirdə rektum xərçəngi və yoğun bağırsaq xərçənginin erkən müəyyən edilməsi üçün tətbiq edilir.
  • Poliplərin yoxlanılması üçün tətbiq edilir. Daha əvvəl bağırsaq polip problemi olan şəxslər vaxtaşırı kolonoskopiya yoxlanması edirlər. Bağırsaq poliplərinin erkən müəyyən edilməsi ilə birlikdə kolonoskopiya zamanı çıxarılması da bağırsaq xərçəngindən müdafiə təmin edir.

Kolonoskopiya necə aparılır?

Kolonoskopiyadan əvvəl bir hazırlıq müddəti olur. Hamiləlik, ürək xəstəliyi, ağciyər xəstəliyi, istifadə olunan dərmanlar, dərman allergiyasl vı çəkərli diabet kimi hallar həkimı bildirilməlidir. Daha sonra uğurlu bir kolonoskopiya üçün bağırsaqlar təmizlənməlidir. Bunun üçün müxtəlif üsullar var. Bundan sonra xəstələr sakitləşdirici və ya ümumi anesteziya edilir.

Xəstənətə kolonoskopiya şalvarı geyindirilərək yanakı şəkildə uzandırılır. Dizlərini döşünə qədər bekən xəstə kolonoskopiya pozasını alır və həkim rektal yolla aləti daxil edir. Anormal bir hal yarandığı təqdirdə xüsusi bir alət vasitəsilə biyopsiya edilir. 

Bağırsaqkara salınan kamera ilə görüntülər xarici monitorda əks etdirilir. Beləliklə həlim bağırsağı detallı bir şəkildə müayinə edir. Əldə edilmiş görüntülər alındıqdan sonra kolonoskopiya çıxarılır və xəstə oyandırılır.

Kolonoskopiyadan əvvəl diqqət edilməli məqamlar

Bu əməliyyatdan əvvəl hazırlıq pəhrizi tələb oluna bilər. Bu hal xəstəyə görə dəyişə bilər. Həkiminizin istiqamətləndirməsi ilə bir pəhriz proqramı tətbiq edə bilərsiniz. Əməliyyatdan əvvə gecədən səhərə qədər heç bir qida/içki qəbul etməməlisiniz. Əməliyyatdan əvvəlki gün 18:00-dan sonra bağırsaqların təmizlənməsi üçün dərman qəbul etməli ola bilərsiniz. Sonda əməliyyat günü heç bir şəkildə qatı və ya duru qıda qəbul etməməlisiniz.