Radioaktiv yod müalicəsi

Radioaktiv yod I-131 müalicəsi radioiodin I-131 olaraq da adlandırılan radionuklid terapiya müalicəsidir. Bu müalicə hipertiroidizm adlandırılan həddindən artıq aktiv qalxanabənzər vəzin müalicəsi üçün tətbiq edilir. Hipertiroidi bütün qalxanabənzər vəzin yüksək funksionallığını Graves xəstəliyindən və ya vəzdəki lokal artıq tiroid normonu ifraz edən düyünlərdən yarana bilər.

Radioaktiv yod müalicəsi

Radionuklid terapiyada radioaktiv maddələrdən istifadə edilir. Həkimlər fərqli xəstəliklərin diaqnostikasında və müalicəsindən radionuklid terapiyadan istifadə edirlər. Bunlara xərçəng, ürək xəstəliyi və qastrointestinal, endokrin, nevroloji pozuntular və digər xəstəliklər daxildir. Radionuklid terapiya müayinələri molekulyar fəaliyyəti müəyyən edir. Bu xəstəlikləri erkən mərhələdə müəyyən etməyə kömək edir. Müalicəyə cavab verilib-verilmədiyini də göstərə bilər.

Radioaktiv yod müalicəsindən əvvəl bilməli olduqlarınız

Prosedurdan əvvəl gecədən bəri heç bir qida və içki qəbul etməməlisiniz. Anti-tiroid dərmanları içdiyiniz təqdirdə prosedurdan əvvəl ən azı 3 gün dərmanlara ara verməlisiniz. Həkiminiz ümumilikdə müalicədən 5-7 gün əvvəl tiroid dərmanına ara verməyinizi məsləhət görəcəkdir.

Radiaktiv yod müalicəsindən sonra evə qayıda biləcəksiniz. Bununla yanaşı xüsusilə də hamilə qadınlar və azyaşlı uşaqlar olmaqla digər insanlarla bir neçə gün uzunmüddətli və yaxın təmasdan qaçının. Hopmayan radioaktiv yodun əksər hissəsi müalicədən sonra ilk iki gün sidik ifrazı yolu ilə bədəndən çıxır. Az miqdarda yod tüpürcək, tər, gözyaşı, vaginal ifraz və bağırsaq yolu ilə çıxa bilər.

İşiniz və ya gündəlik fəaliyyətiniz azyaşlı uşaqlar və ya hamilə qadınlarla uzunmüddətli təmas nəzərdə tutursa bu fəaliyyətlərə davam etmək üçün müalicədən sonra bir neçə gün ara verməlisiniz. Evdə uşağı olan xəstələt müalicədən sonra ilk bir neçə gün uşaqlara qulluq etmək üçün başqa bir şəxsə verə bilər. Radioloqunuz xüsusi vəziyyətiniz haqqında daha spesifik müddət təyin edə bilər, lakin ümumilikdə 2-5 gün müddət davam edir.

Radioaktiv yod müalicəsi necə tətbiq edilir?

Hipertiroidizm müalicəsi lazımi doza az olduğu təqdirdə hər zaman ayaqüstü aparılır.

Radioaktiv yod I-131 tək bir kapsula və ya maye dozasında udulur və qastrointestinal kanaldan qan dövranına qarışır. Vəz hüceyrələrini öldürməyə başladığı qalxanabənzər vəzin qanında konsentrasiya olur. Radioaktiv maddə qalxanabənzər vəzdə bir müddət qalsa da bir neçə gün ərzində ciddi miqdarda azalır. Bu müalicənin qalxanabənzər vəzə təsirli olması 1-3 ay davam edər. Maksimal fayda müalicədən 3-6 ay sonra yaranır. Hipotiroidizm ümumilikdə tək bir doza ilə uğurlu müalicə olur.