Hipofiz Müalicəsi

Hipofiz şişi üçün dörd növ standart müalicə tətbiq edilir. Bunlar aşağıdakılardır:

Əməliyyat

Bir çox hipofiz şişləri aşağıdakı əməliyyatlardan biri vasitəsilə ilə çıxarılır:

Transfenoidal cərrahiyyə: Üst dodaqda və ya burun deşikləri arasında kəsik edilir və daha sonra əsas sümük (kəpənəyə bənzər sümük) yolu ilə beynin bir hissəsinə alətlər salınaraq aparılan bir əməliyyatdır.

Endoskopik transfenoidal cərrahiyyə: Burnun daxili hissəsindən bir kəsik edilir və daha sonra hipofiz vəzinə çatmaq üçün əsas sümükdən endoskop yerləşdirilərək aparılan bir əməliyyatdır. Endoskop görüntü üçün işıq və obyektivi olan, eləcə də şiş törəmələrini çıxarmaq üçün aləti olan incə boruşəkilli bir alətdir.

Kraniotomiya: Kəllənin yarılması ilə həmin yarıqdan şişin çıxarıldığı bir cərrahi əməliyyatdır.

Kraniotomiya: Kəllədə bir kəsik edili və beynin bir hissəsinin çıxarılması üçün kəllənin bir hissəsi çıxarılır.

Radioterapiya

Şüa müalicəsi xərçəng hüceyrələrini öldürülməsi və ya böyümələrinin qarşısının alınması üçün x-şüalarının və ya başqa növ şüaların istifadə edildiyi xərçəng müalicəsidir. Xarici şüa müalicəsi bədənin xərçəng olan nahiyəsinə xaricdən şüa verən bir cihaz vasitəsilə aparılır. Şüa müalicəsinin bəzi yolları şüanın yaxındakı sağlam toxumaların zədələnməsinin qarşısını alır.

Bu tip şüa müalicəsinə aşağıdakılar daxilidr:

Stereotaktik radiocərrahiyyə: müalicə zamanı başın sabit saxlanılması üçün kəlləyə bağlanan sərt bir çərçivənin istifadə edildiyi şüa müalicəsidir. Bir cihaz bir yüksək doza radiyasiyanı birbaşa şişə istiqamətləndirir. Bu prosedurda cərrahi müdaxilə yoxdur. Həmçinin stereotaktik radiocərrahiyyə, radiocərrahiyyə və şüa cərrahiyyəsi olaraq da adlandırılır.

Dərman müalicəsi

Bəzi hallarda hipofiz şişinin həddindən artıq hormon ifraz etməsini dayandırmaq üçü dərmanlardan istifadə edilir.

Kimyəvi terapiya

Kimyəvi terapiya hipofiz karsinomalarında simptomları yüngülləşdirmək və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün palliativ müalicə olaraq istifadə edilə bilər. Kimyəvi terapiya hüceyrələri öldürərək və ya bölünmələrinin qarşısını alaraq xərçəng hüceyrələrinin çoxalmasını dayandıran dərmanlardan istifadə nəzərdə tutur. Kimyəvi terapiya ağız yolu ilə, damar və ya əzələdaxili aparıldıqda dərmanlar qan dövranına qarışara bədəndəki xərçəng hüceyrələrinə təsir göstərər. Kimyəvi terapiya birbaşa sümük iliyinə tətbiq edildiyində, məs., bir orqan və ya qarın boşluğuna, dərmanlar əsasən həmin nahiyədəki xərçəng hüceyrələrinə təsir edir. Bu, kimyəvi terapiyanın və müalicənin növündən asılıdır.