Pectus Carinatum (döş qəfəsi çıxıntısı)

Döş qəfəsi çıxıntısı insanlarda ən çox görülən doş qəfəsi deformasiya növüdür. “Çəkməci döşü” olaraq adlandırılan Pectus Excavatum-dan sonra ikinci ən ciddi problem sayılan bu xəstəlik qabırğa və döş sümüyü arasında qalan qığırdağın anormal şəkildə böyüməsi nəticəsində baş verir. Adətən asimmetrik bir formada böyüyəsə də, bəzən simmetrik də deformasiya oluna bilir.

Pectus Carinatum (döş qəfəsi çıxıntısı)

"Göyərçin tipli döş qəfəsi" olaraq da bilinən Pectus Carinatum xəstəliyi duruş pozuntusu ilə ortaya çıxdığını demək lazımdır. Adətən 11-15 yaşlarında meydana gələn bu xəstəliyini kişilərdə yaranma tezliyi qadınlarda yaranma tezliyindən daha çoxdur. Beləliklə diaqnoz qoyulma və müalicə üçün diqqətli olmaq lazımdır.

Pectus Carinatum xəstəliyinin səbəbi nədir?

Pectus Carinatum xəstəliyində problem barədə məlumatlılıq artsa da, dəqiq yaranma səbəbi bilinmir. Bu səbəblə də xəstənin ailə anamnezi və bu problemə səbəb ola biləcək faktorlar araşdırılmalıdır. Bəzi nəzəriyyələrə əsasən bu, diafraqmanın anormal artımından və qabırğa qığırdaqlarının həcmi ilə bağlı problemlərdir. Beləliklə 11-15 yaşlı uşaqlarda meydana gəlməsi böyümə ilə əlaqəli olduğu deyilir.

Səbəbi dəqiq olaraq bilinməyən Pectus Carinatum-un simptomlarını bilmək və buna uyğun həllərə müraciət etmək lazımıdır.

"Göyərçin tipli döş qəfəsi"nin müalicəsi necə aparılır?

Pectus Carinatum xəstəliyinin müalicəsi ilə bağlı ortopediya və cərrahiyyə olmaqla 2 fərqli sahədən danışmaq lazımdır. Beləliklə xəstələrin müalicəsi üçün daha təfərrüatlı araşdırmalar edilməlidir. Anatomik quruluş ortopediya köməyi ilə müalicə oluna biləcəyi təqdirdə bu həllə müraciət olunur. Cərrahi üsulla isə Abramson olaraq adlandırılan xüsusi bir texnika həyata keçirilir.

Açıq cərrahiyyə texnikasının olmasına baxmayaraq, qapalı əməliyyat həm xəstənin sağlamlığı, həm də cərrahın rahatlığı üçün idealdır. Pectus Excavatum xəstəliyinin müalicəsində istifadə olunan Nuss texnikasına bənzər Abramson texnikası sayəsində döş qəfəsi öz normal xassəsinə qaytarılır. Xəstənin xəstəxanada qalmasını azaldan və sosial həyata qayıtmasını sürətləndirən bu texnika sayəsində daha uğurlu nəticələr əldə etmək mümkündür. Buna görə də ən çox üstünlük verilən üsullardan biridir.