Mini qastrik bypass əməliyyatı

Piylənmə cərrahiyyəsi üsullarından biri olan mini qastrik bypass eyni zamanda metabolik cərrahiyyə üçün də tətbiq edilir.

Mini qastrik bypass əməliyyatı

Piylənmə cərrahiyyəsi üsullarından biri olan mini qastrik bypass eyni zamanda metabolik cərrahiyyə üçün də tətbiq edilir. Nəzarətli bir formada arıqlamaq istəyən və çəki səbəbindən yaranan xəstəliklərdən azad olmaq istəyən şəxslər üçün bu üsulun uyğun olduğunu demək olar. Əməliyyatdan sonra sağalma müddəti çox

Mədənin boylama əməliyyatına alternativ olan mini qastrik bypass ənəliyyatı mədənin kiçildilməsi ilə daimi toxluq hissi yaradır. Beləliklə də pasiyentin çəkisinə ən yaxşı səviyyədə nəzartə edə bilməyinə səbəb olur.

Mini qastrik bypass əməliyyatı necə aparılır?

Mini qastrik bypass əməliyyatı mədənin kiçildilməsi ilə yanaşı nazik bağırsağın da bir hissəsinin çıxarılmasını nəzərdə tutur. Tam qapalı formada aparılan əməliyyatda böyük kəsiklər edilmir. 1 sm-dən balaca 5-6 kəsik ilə həyata keçirilir. Kəsiklər vasitəsilə qarın boşluğundan əməliyyat edilir. İstifadə olunan kameralarla mədənin giriş hissəsində mədə borusu formalaşdırılır. Mədənin böyük hissəsi balaca hissədən ayrılır. Əməliyyatda heç bir orqan çıxarılmır. Mədənin kəsilən böyük hissəsi qarın boşluğunda qalaraq fuksiyalarını yerinə yetirməyə davam edir.

Mini qastrik bypass əməliyyatı kimə tətbiq edilir?

Artıq çəkili şəxslər üçün bir çıxış yolu olan bu əməliyyatın seçilməsinə ən çox təsir edən faktor xəstənin tarixçəsidir. Xəstənin pəhriz və çəki tarixçəsinə əsasən həkim bu əməliyyatın ona uyğun olun-olmadığına qərar verir. Bədən kütlə indeksi 50-də çox olan və ya 2-ci dərəcəli şəkərli diabet xəstələrinə bu əməliyyat tövsiyə edilir.

Daha öncə mədənin boylama əməliyyatı olan və illər sonra təkrar artıq çəki alan şəxslər üçün də uyğundur. Bu xəstələrə mini qastrik bypass əməliyyatının ilk mərhələsi olan mdə boylama əməliyyatı onsuz da edilmişdir. Sadəcə ikinci mərhələ olan bağırsaqların bağlanması aparılacaqdır.

Əməliyyatdan sonra

Əməliyyat zamanı mədəyə 2-3 günlük kateter taxıla bilər. Bu kateter 2-3 gün sonra çıxarılır. Əməliyyatdan sonra 2 gün heç bir şəkildə qatı qida qəbul edilməməlidir. 3 gündən sonra isə duru qidalar qəbul edilməyə başlanılır.

Daha sonra püre və yumşaq qidalara keçid edilir. Qanın laxtalanmasının qarşısını almaq üçün ayaqlara xüsusi corab geyilir.