Ağciyər Şişlərinin Cərrahiyyəsi

Ağciyər şişlərinin cərrahiyyəsi xərçəngin çox rastlanan növü ağciyər xərçənginin müalicə üsuludur.

Ağciyər Şişlərinin Cərrahiyyəsi

Ağciyər şişlərinin cərrahiyyəsi xərçəngin çox rastlanan növü ağciyər xərçənginin müalicə üsuludur. İnsan həyatına müsbət təsir edən bu cərrahiyə sayəsində uğurlu nəticələr əldə etməklə onkoloji problemlərdən xilas olmaq mümkündür.

Ağciyər xərçəngi nədir?

Ağciyərdə meydana gələn xərçəng hüceyrələrin forma və davranışlarına görə dəyişməsi nəticəsində nəzarətsiz bir şəkildə çoxalmasıdır. Sağlam hüceyrələrin funksiyalarını pozan və xəstə reproduksiyaya səbəb olan xərçəng həyati funksiyalara mənfi təsir göstərir. Bu səbəblə də ağciyər xərçənginin insan həyatına təsiri çox böyükdür.

Ağciyər şişlərinin cərrahiyyəsi ilə müalicə

Ağciyər şişinin meydana gəldiyi hissələrdə funksional dəyişikliklər ola bilər. Şiş ağciyərin əsas hissələrindən birində yaranmışdırsa lobektomiya adlanan üsulla onun çıxarılması mümkündür. Bu üsul xəstənin sağalmağı üçün əhəmiyyətlidir.

Şiş bütün ağciyərə yayıldığı təqdirdə ağciyər tam çıxarılmalıdır. Pnevmonektomiya adlandırılan üsul isə xəstənin həyatını daha saölam yaşaya bilməyi üçün tətbiq edilir. Əgər şiş ağciyərin bir hissəsində, eləcə də tənəffüs borusunda və  böyük damarlarda aşkar olunarsa, cərrahi müdaxilə ilə həmin hissələr çıxarılaraq xəstə xilas ola bilər.

Ağciyər şişlərinin cərrahiyyəsinin riskləri nələrdir?

Döş qəfəsində meydana gələn şişlərin müalicəsində cərrahi müdaxilələr 5 və 6-cı qabırğa arasındakı hissədə aparılır. 15-20 sm-lik kəsik ilə xəstənin ağciyərinə müdaxilə edilir və şiş götürülür.

Ağciyərin çox həssas bir sahədə yerləşdiyinə görə ağciyər şişlərinin cərrahiyyəsinin çox riskli olduğumu demək lazımdır. Lakin üsuldan asılı olaraq risk faizi azala bilər. Cərrahiyyə ilə müqayisədə kimya terapiyasının daha az riskli olduğu deyilsə də, ağciyər şişlərinin cərrahiyyəsinin riski daha azdır. Xəstənin sağalma müddəti həkim nəzarəti altında aparıldığı təqdirdə ağciyər şişlərinin cərrahiyyəsi ilə xəstə daha sağlam bir həyata qovuşa bilər. Cərrahiyyənin hər hansı bir əks təsiri meydana gəlmədiyi təqdirdə sağalma müddəti ortalama 6 ay davam edir.