Endoskopik USM

Endoskopik USM həzm sistemini tədqiq etməyə imkan verən ultrasəs üsuludur. Məlum olduğu kimi, ultrasəs müayinəsi yüksəktezlikli səs dalğalarının köməyi ilə öd kisəsi, mədəaltı vəzi, qaraciyər kimi orqanlardan görüntü almağa imkan verir.

Endoskopik USM

Endoskopik USM həzm sistemini tədqiq etməyə imkan verən ultrasəs üsuludur. Məlum olduğu kimi, ultrasəs müayinəsi yüksəktezlikli səs dalğalarının köməyi ilə öd kisəsi, mədəaltı vəzi, qaraciyər kimi orqanlardan görüntü almağa imkan verir. Endoskopik USM həzm sisteminin alt kanallarını və həzm sistemi toxumalarını tədqiq edən texnoloji cihazdır.

Endoskopik ultrasəs müayinəsin qida borusu xərçəngi, düz bağırsaq xərçəngi, mədə xərçəngi, mədəaltı vəzi xərçəngi, öd yollarının xərçəngi, erkən xərçəng müalicəsi, biopsiya aparılması və əməliyyatdan sonra residiv əlamətlərin öyrənilməsi, o cümlədən bir sıra digər səbəblərdən üstünlük verilir. Sözügedən ultrasəs müayinəsi limfa düyünlərində və damarlarda onkoloji xəstəliklərin tədqiqi üçün son dərəcə əhəmiyyətlidir.

Endoskopik ultrasəs müayinəsinin üstünlükləri nələrdir?

Endoskopik ultrasəs müayinəsinin bir neçə üstünlükləri vardır. Ümumilikdə haqqında danışdığımız üstünlüklər aşağıdakılardır:

  • Endoskopik ultrasəs müalicəsinin ən əhəmiyyətli xüsusiyyəti və üstünlüyü ondan ibarətdir ki, qida borusu, mədə, düz bağırsaq, mədəaltı vəzi və anus xərçəngi kimi vəziyyətlərdə xərçəngin dərin yayılması barədə məlumat verir, eləcə də ətraf orqanların, damarların və limfa düyünlərinin zədələnib-zədələnmədiyini göstərir. Bundan əlavə, bu sahələrdən biopsiya nümunəsinin götürülməsinə imkan verir.
  • Endoskopik ultrasəs müayinəsi və ya endosonoqrafiya olaraq adlandırılan edilən bu proses, biopsiya nümunəsinin alınması və damarlarda qan axınının göstərilməsi kimi məsələlərdə adi ultrasəs müayinəsi ilə müqayisədə daha üstün xüsusiyyətlərə malikdir.
  • Orqanlarının daxili hissəsindən, daha yaxından və aydın götüntülərin əldə edilməsini təmin edir.
  • Bu həzm sistemi və ya həzm sisteminə bitişik orqanların şişlərindən toxuma nümunəsi almağa imkan verir.

Endoskopik ultrasəs müayinəsi necə aparılır?

Endoskopik ultrasəs müayinəsi endoskopiyanın klassik üsulundan fərqlənmir. Bu ultrasəs müayinəsinin köməyi ilə həm yuxarı, həm də aşağı həzm sisteminə baxıla bilər. USM-dən əvvəl hazırlıq və müayinədən sonra görüləcək tədbirlər endoskopiyadan fərqlənmir. Lakin bu proses klassik endoskopiyadan daha çox vaxt tələb edir. 30 dəqiqəyə qədər davam edə biləcək bu proses xəstəyə tətbiq olunan ağrıkəsici və anesteziya ilə başlayır. Rahat bir şəkildə keçirilən endoskopik USM-dən sonra xəstələr bir neçə saat müşahidə qalır və evə buraxılır. 1 gün sonra xəstələr normal həyat şəraitinə qayıda bilərlər. Xəstələr əməliyyatdan əvvəl qəbul etdikləri bütün dərmanlar haqqında həkimə məlumat verməlidirlər.