Robotik Cərrahiyyə

Robotik cərrahiyyədə cərrah əməliyyat otağında xəstənin yanında olan cərrah masasından xəstə çarpayısı başında modelləşdirilmiş əllərdən istifadə edərək əməliyyatı həyata keçirir.

Robotik cərrahiyyə sistemi olan da Vinçi robotu 3 əsas hissədən ibarətdir: cərrah masası, xəstə çarpayısı və görüntü qülləsi.

Əməliyyatı robot həyata keçirir?

"Əməliyyatı robot həyata keçirir?" sualına asanlıqla “yox” deyə bilərik. Əməliyyatı edən robot deyil, elə cərrah özüdür. Robotik cərrahiyyədə cərrah robota əmr verir və xəstə çarpayısı başında modelləşdirilmiş əllər cərrahdan alınan bütün əmrləri yerindəcə icra edərək əməliyyatı yerinə yetirir.

Ən əhəmiyyətli fərq isə cərrahın əməliyyat olunan nahiyəni 3D fromatda daha aydın və yaxından görə bilməsidir; robotun imkanları sayəsində oturaraq işlədiyi üçün daha az yorulur. Buna bənzər daha bir çox üstünlüklərdən yararlana bilir.

Da Vinci robotik cərrahiyyə

Da Vinci robotu robotik cərrahiyyə əməliyyatlarını həyata keçirən çox uğurlu tibbi texnologiyadır. Da Vinci robotu ilə həyata keçirilən əməliyyatlar kiçik kəsiklər vasitəsilə edilir. Ənənəvi üsullarla müqayisədə çox az yan təsirləri ilə yüksək uğur və sürətli bərpa mərhələsini təmin edir.

Da Vinci robotik cərrahiyyə sistemi həm cərraha, həm də xəstəyə digər cərrahi üsullara nisbətən bir çox üstünlüklər verir.

Robotik cərrahiyyənin faydaları

  • Bədəndə daha kiçik kəsiklər
  • Daha az yara izi
  • Daha az ağrı
  • Daha sürətli bərpa
  • Daha az qanaxma və daha az qan alma ehtiyacı,
  • Daha az ağırlaşma ehtimalı
  • Xəstəxanadan daha tez çıxma və gündəlik işlərə daha tez dönmə,

Tətbiq sahələri

Urologiyada robotik cərrahiyyə
 Cərrahlar bir çox uroloji əməliyyatlar, xüsusilə robotik prostat və böyrək xərçəngi cərrahiyyəsi üçün da Vinçiyə üstünlük verirlər.

Ürək-damar xəstəliklərində robotik cərrahiyyə
 Ürək-damar cərrahiyyəsi robotik cərrahiyyənin ən geniş yayılmış və çox istifadə edilən sahələrindən biridir. Bu əməliyyatlar arasında ən çox edilənləri; Mitral qapaq təmiri, koronar by-pass əməliyyatları (xüsusilə ön səthdəki damarların müalicəsində), ritm pozğunluqları, sağ qapaq təmiri, sağ və sol qulaqcıq problemləri.

Ümumi cərrahiyyədə robotik cərrahiyyə
 Robotik cərrahiyyə sistemlərinin geniş istifadə edildiyi sahələrdən biri də ümumi cərrahiyyə əməliyyatları, piylənmə cərrahiyyəsi və kolorektal cərrahiyyə əməliyyatlarıdır.

Robotik kolorektal cərrahiyyə
 Qalın və düz bağırsaq xərçənglərinin cərrahi müalicəsində istifadə edilə bilər. Rektal cərrahiyyədə əməliyyat nahiyəsinin yaxınlığında yerləşən sinirlərin müdafiəsi təmin edilir.

Robotik piylənmə cərrahiyyəsi
 Robotik mədə kiçiltmə əməliyyatı üsulu həm mədəni kiçiltmək, həm də bağırsaqların bir hissəsini təsirsiz hala gətirərək qəbul edilən qidanın istifadəsini azaltmağı hədəfləyir.

Ginekologiyada robotik cərrahiyyə
 Robotik ginekoloji cərrahiyyədə xərçəng əməliyyatları, uşaqlığın çıxarılması, böyük fibromaların çıxarılması kimi əməliyyatlar da Vinci robotu ilə həyata keçirilə bilər.

QBB-də robotik cərrahiyyə
 Robot vasitəsilə cərrahi müdaxilə ilə heç bir kəsik etmədən təbii giriş yeri olan ağızdan əməliyyatlar edilə bilər. Robotik cərrahiyyə texnikası həmçinin böyüdülmüş təsvir və yüksək hərəkət qabiliyyətinə malik alətlər sayəsində cərrahlara çoxlu sinir və damarların yerləşdiyi bu həssas və dar nahiyədə işləməyə imkan verir.

Tiroid xəstəliklərində robotik cərrahiyyə
 Robotik cərrahiyyə ilə edilən tiroid əməliyyatlarında boyunda heç bir kəsik olmaması estetik problemlərlə bağlı narahatlıqları aradan qaldırır və qırtlaq sinirinin zədələnməsi riskinin qarşısını ala bilər.

Robotik torakal cərrahiyyə
 Torakal cərrahiyyədə robotik üsullarının məqsədi şişi və ya bədəndən çıxarılacaq toxumanı ətrafındakı bəzi sağlam toxumalarla birgə çıxarmaqdır.
Wedge ağciyer rezeksiyasi: Ağciyərin yalnız şiş olan kiçik bir hissəsinin ətrafındakı bəzi sağlam toxumalarla birgə çıxarılmasıdır.
Seqmental rezeksiya: Ağciyərin daha böyük hissəsinin çıxarılması əməliyyatı.
Lobektomiya: Ağciyərin xərçəng olan yarısının tam çıxarılması əməliyyatıdır.
Pnevmonektomiya: Xərçəngdən təsirlənən bütün ağciyərin bədəndən çıxarılması.